Bursada yaşayan elektrik mütəxəssisi 34 illik çalışmasının nəticəsində suyun altında işləyib elektrik istehsal edən sistem inkişaf etdirib. Sistemin patentini də alan Ömür Alparslan Haskaloğlu Türkiyənin xaricdən asılı olmadan enerji çətinliyini həll edilə biləcəyini söyləyib.xa0
xa0
Moderator.az xəbər verir ki, inkişaf etdirdiyi sistem sayəsində Türkiyədə axan çayların altına bu sistemi yerləşdirib ölkəni elektrik, qaz və neft asılılığından xilas edəcəyini deyən mütəxəssis "Sistemi həyata keçirmişəm. Suyun altındakı sistemlə elektrik istehsal edirəm. Bu işi inkişaf etdirmək üçün böyük şirkətlərdən və dövlətdən dəstək gözləyirəm" şəklində danışıb.xa0
xa0
34 il enerji sektorunda çalışdığını bildirən Ömür Alparslan "Son 22 ilim yüksək gərginliyi olan transformator mərkəzlərində və generator mərkəzlərində çalışaraq keçdi. Çox çalışdım və axan suların altında fırlanan bir sistem hazırladım. Öz imkanlarım və bəsit dizaynla enerji istehsalını simvolik olaraq göstərdim. İstəyirəm ki, bundan sonra bu sistemi bir neçə metrlik hazırlayım" deyərək gələcəkdə bu işi böyüdəcəyini vurğulayıb.xa0



Kamran