İngiltərədə bir qadının paylaşdığı fotolar ana südü ilə bağlı müzakirələrin yenidən başlamasına səbəb olub.
Moderator.az xəbər verir ki, ekspertlər uzun müddətdir ki, ana südünün inanılmaz xüsusiyyətlərini müzakirə edir. Ancaq Codi Daniel Fişer adlı bir ananın sosial mediada paylaşdığı bölgüdən sonra bu mübahisələr yenidən alovlanıb.
xa0
Gənc ananın iddiasına görə, 1 yaşlı qızı peyvənd olduqdan sonra südünün rəngi dəyişib. 3 gün fasilə ilə sağılan südünün fotoşəkillərini bölüşən qadın peyvənddən əvvəl çəkildiyini iddia etdiyi fotoşəkildə olan süd rənginin normal olduğunu 3 gün sonra çəkilən fotodakı süd rənginin isə mavi rəng tonuna çevrildiyiin bildirib.
xa0
İlk başda gördüyü dəyişiklikdən narahat olduğunu bildirən gənc ana daha sonra fikirlərini sosial media hesabında paylaşıb. Bu dəyişikliyin səbəbini körpənin döş əmdiyi zaman tüpürcək vəzilərinin bədənində olan antikorlara siqnallar göndərdiyini və bunun nəticəsi olduğunu iddia edib.
xa0
Qısa müddətdə sosial mediada virus halına çevrilən fotolardan sonra anaya çox sayda suallar verilib. Bəzi istifadəçilər şərhlərdə ana südünün sehrinə heyran qaldıqlarını bildirərkən bəziləri isə bunun qəbul edilən qidalarla bağlı olduğunu deyib.
xa0
Ekspertlər arasında da mübahisə mövzusuna çevrilən bu məsələ ilə bağlı açıqlama verən mütəxəssislər südün rənginə ananın qəbul etdiyi tünd rəngli tərəvəzlərin səbəb olduğunu açıqlayıb.


Kamran