Sosial şəbəkələrdə ABŞ prezidenti Donald Trampın kraliça II Yelizaveta ilə görüşündə hərəkətləri qəzəb doğurub.xa0
Moderator.azxa0Rusiya mətbuatına istinad edərək bildirir ki, görüşdən video görüntülər şəbəkələrdə yayılıb.
Tramp xalının üstündə gedəndə kraliçanı arxada qoyur, sonra isə onun yolunu tamam kəsir. Qvardiyaçıların cərgəsi önündən keçərkən Tramp yenidən Əlahəzrəti ötüb keçib.
Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, Ağ evin başçısı çox kobud şəkildəetiket qaydalarını pozublar. Kraliçadan qabaqda getməyi az deyilmiş kimi, Tramp həm də pencəyinin qarşısı açıq, düymələnməmiş vəziyyətdə yeriyib. ABŞ prezidentinin hərəkətlərini klounada və Britaniya kraliça ailəsinə təhqir adlandırıblar.