İstehsal sürətlə artsa da həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrin vətəndaşları arasında fikir ayrılıqları dərinləşir. Hazırda liberal demokratiya İkinci Dünya Müharibəsindən etibarən daha az legitimliyə malikdir.
xa0
Son 20 il ərzində beynəlxalq siyasətdə sarsıntılar çox oldu, lakin 2018, 2008-ci il xa0maliyyə böhranının geosiyasi ekvivalenti olaraq gözlənilməz böhran üçün daha əlverişli görünür.
Ekspertlərin fikrincə, "geosiyasi depressiya" 2018-ci ilin əsas 10 riski üçün fon yaradır. Həmişəki kimi görünməz təhlükələr mövcuddur.
xa0
“Eurasia Group”x9d 2018-ci ildə gözlənilən risklər barədə yazıb.
xa0
Onları təqdim edirik.
xa0
1. Yüksələn Çin
xa0
Vaşinqtonda siyasətin dağınıq vaxtında, xa0Çin hökuməti ölkənin xarici mühitini yenidən gözdən keçirir, onun daxilində yeni qaydalar müəyyənləşdirir, dünyanın ən təsirli qlobal ticarət və investisiya strategiyasını hazırlayır.
xa0
Və dövlət maraqlarına əsasən, Çinin texnologiya şirkətlərinə üstünlük verir. Pekin hazırda Çini yamsılama ehtimalı yüksək olan digər ölkələrin siyasi və iqtisadi həyatına müdaxilə etməyəcəyinə söz verib.

Lakin bununla belə öz təsir dairəsini artırır və genişləndirir. Qlobal biznes mühiti yeni qaydalara, standartlara və praktikaya uyğunlaşmalıdır. 2018-ci ildə xüsusilə də ticarət sahəsində ABŞ-Çin münaqişəsixa0 müşahidə ediləcək.
xa0
xa0
2. "Hadisələr otağı"
xa0
Uzun müddətdir geosiyasi böhran müşahidə olunmur. Lakin bir çox yerlərdə ehtiyatsız addım və ya yanlış fikir ciddi beynəlxalq münaqişə yarada bilər.
xa0
Mümkün qəza riski kiberməkanda rəqabət və münaqişədən, Şimali Koreya ətrafındakı hadisələrdən, Suriya döyüş meydanından,xa0 ABŞ-Rusiya gərginliyindən, İŞİD savaşçılarının Suriya və İraqdan çıxarılmasından qaynaqlanır.
xa0
xa0
3. Texnologiyada soyuq müharibə
xa0
İqtisadi güc ətrafında dünyanın ən böyük mübarizəsi yeni informasiya texnologiyalarının inkişafı ilə bağlıdır. ABŞ və Çin süni intellekt və superkomüterə yiyələnmək üçün mübarizə aparacaq və bazar hökmranlığı üçün savaşacaq. Afrika, Hindistan, Braziliya və Avropa ölkələri kimə güvənəcəyinə, hansı məhsullar və standartları qəbul edəcəyinə qərar verməlidir. Teknoloji birliklərin parçalanması problemdir. Xüsusilə yerli şirkətlər qlobal viruslarla mübarizə apardığı üçün həm bazar, həm də təhlükəsizlikxa0 riskləri yaradır.
xa0
4. Meksika
xa0
2018-ci il Meksika üçün Şimali Amerika Azad Ticarət Zonasının (NAFTA) yenidən müzakirəyə çıxarılması və seçicilərin yeni prezident seçməsi baxımındanxa0 həlledici il olacaq. NAFTA xa0danışıqlarının baş tutmaması razılaşmanı təxirə salmayacaq, ancaq Meksikanın ABŞ ticarətinə güvəndiyi halda gələcəyinin qeyri-müəyyən olması ölkənin iqtisadiyyatına zərər vuracaq. İyulun 1-də keçiriləcək prezident seçkilərinə, eyni zamanda baş alıb gedən korrupsiya halları, narkotik qruplarının artmasına görə, xa0xalqın ictimai qəzəbi yüksək səviyyədədir.
xa0
5. ABŞ-İran gərginliyi
xa0
Nüvə razılaşması yəqin ki, 2018-ci ildə də olacaq, lakin bunun əksi üçün də böyük şans var. xa0Donald Tramp Səudiyyə Ərəbistanını dəstəkləyəcək və İran da daxil olmaqla, Suriya, İraq, Livan və Yəməni əlində tutmağa çalışacaq.
xa0
ABŞ mütəmadi olaraq ballistik raket sınaqları, terrorizmə dəstək və insan hüquqlarının pozulması istiqamətində İrana sanksiya tətbiq edəcək. İran yenidən geri çəkiləcək. Nüvə razılaşması uğursuz olarsa, İran nüvə proqramını sürətləndirəcək və bölgədə ABŞ və ya İsrail hücumlarının təhlükəsi yenidən hiss olunacaq.
xa0
6. Bəzi təşkilatların etibarını itirməsi
xa0
Hökumətlər, siyasi partiyalar, məhkəmələr, media və maliyyə qurumları, sülh və rifahı dəstəkləyən iqtisadi qurumlar ictimaiyyətin güvənini itirir. 2018-ci ildə həmçinin Brexit səsverməsi və Donald Trampın gedişatları inkişaf etməkdə olan ölkələri də “zəhərləyəcək”x9d.
xa0
7. Yeni müdafiə
xa0
İnkişaf etmiş bazarlarda anti-hökumət hərəkatlarının artması siyasətçiləri qlobal iqtisadi rəqabət üçün yeni bir yanaşma ortaya qoymağa məcbur edir.xa0 Nəticədə gözləntilər artır. Yeni maneələr daha az görünür.
xa0
8. İngiltərə döyüşləri
xa0
İngiltərə həm Brexit müzakirələri, həm də daxili siyasi qarışıqlıq təhlükəsi ilə üz-üzədir.xa0 Brexitdəxa0 "hər şey qəbul edilənə qədər heç bir şey qəbul edilmədi" şüarı iki tərəf arasında müddətsiz mübarizəyə səbəb olacaq.
xa0
9. Cənubi Asiyada eynilik siyasəti
xa0
xa0
Cənub-Şərqi Asiyanın bəzi bölgələrində, daha çox İndoneziya və Malayziyada islamçılığın yerli formaları nəzərə çarpacaq. Bir neçə ölkədə sərvətin qeyri-mütənasib bir hissəsini əlində tutan etnik çinlilərə qarşı qəzəb, xüsusilə İndoneziyada son zamanlarda daha güclü hiss edilir. Myanmarda Rohinca müsəlmanlarına edilən zülmxa0 insanlıq böhranına səbəb olub.
xa0
Hindistanda baş nazir Narendra Modi 2019-cu il seçkilərindən öncə dəstəyi gücləndirmək üçün millətçilikdən, müsəlmanları və alt-kastaya mənsub hindliləri hədəf almaq istəyən radikallaşmış cəmiyyət ünsürlərindən istifadə edə bilər.
xa0
10. Afrika sirləri
xa0
2018-ci ildə Afrikanın qeyri-sabit bölgələrindən (Mali, Cənubi Sudan, Somaliya) əsas ölkələrə mənfi təsirlər xa0(Nigeriya, Keniya, Efiopiya) daxil olacaq. Əsas təhlükə millətçilik və terrorizmdən yaranır. Keçmişdə zəif hökumətləri sabitləşdirməyə cəhd edən xarici tərəfdaşlar diqqət mərkəzindədir. Keniya, Nigeriya, Uqanda və Efiopiya hökumətləri xərclərinin azaldılmasına ehtiyacı olduğu bir zamanda artan təhlükəsizlik xərcləri ilə qarşı-qarşıyadır. Və bu, xarici investorların fikirlərini dəyişdirə bilər.
xa0
Qırmızı xətt
xa0
Tramp administrasiyanın qeyri-sabitliyə və ya digər növ siyasətlərə təsir edə bilmə ehtimalı çox azdır. 2018-ci ildə Avrozona siyasi risklərə əhəmiyyət verməyəcək. Venesuelanın siyasi münaqişəsi dondurulmuş görünür, çünki dövlət başçısı Nikolas Madura təəccüblü bir şəkildə möhkəm olduğunu sübut edir.