Əgər meyvə və tərəvəzi marketdən alırsınızsa, aşağıdakı məlumatlar çox işinizə yarayacaq.
xa0
Banan, kivi və ananas kimi Azərbaycanda iqlim şərtlərində yetişməyən bir çox meyvədə olan bu etiketlər əslində bizə bir çox şeyi izah etməyə çalışır. Etiketdə istehsalçı firmanın adı,xa0 məhsulun qiymətinin kodları da qeyd olunur.xa0
Moderator.azxa0bildirir ki, etiketin kodunda sadəcə aldığınız məhsulun hansı meyvə-tərəvəz olduğu məlumatı yer almır. Kod eyni zamanda satın aldığınız məhsulun necə yetişdirildiyi haqqında da məlumat verir.xa0

Əslində bu yediklərimiz hardan gəlir? sualının cavabı həmişə gözlərimizin önündədir, amma biz onu necə görəcəyimizi bilmirik.
1. Əgər etiketin üzərindəki 4 rəqəmli kod varsa, satın aldığınız meyvə və tərəvəz, həşərat dərmanları istifadə edilməklə yetişdirilib. Etiketdəki son 4 rəqəm, meyvə-tərəvəzin nə olduğunu ifadə edir. Məsələn, bütün bananların etiket kodlarında 4011 yazılır.xa0
xa0
2. Etiketin kodunda 5 rəqəm varsa və kod "8" ilə başlayırsa geni dəyişdirilmiş bir ərzaq satın alırsınız. Məsələn, geni dəyişmiş bir bananın etiket kodu 84011 olur.xa0
3. Etiketin kodunda 5 rəqəm varsa və kod "9" ilə başlayırsa, üzvi yetişdirilmiş bir ərzaq satın alırsınız deməkdir.xa0
Supermarketdən meyvə-tərəvəz alarkən, qidalanma seçiminizə görə ən uyğun məhsulu almaq üçün etiketləri oxumağı yaddan çıxarmayın!
Kamran