Avtomobillə yola çıxmadan öncə keçəcəyimiz yerləri kəşf etməyimizin faydası var. Haqqında danışacağımız təhlükəli yollar haqda bu dəfə Türkiyədən söz açacağıq.xa0
D915 saylı Bayburt yolu

Bu yol dünyanın ən təhlükəli yolu seçilib. Bayburt yolu 106 klometrdir. 29 kəskin döngədən ibarətdir. 2035 metr yüksəkliklə Soğanlı dağı ətəklərində yerləşir və yolun qırağında təhlükəsizlik üçün heç bir şey quraşdırılmayıb. Yolun ən təhlükəli yerləri Dərəbaşı obyektlərinin olduğu yerdir.xa0
Kəmaliyə Daş yolu

Türkiyənin anadolu bölgəsində yerləşən Kəmaliyə Daş yolu ən kəskin yollardan biridir. İnsan əməyi ilə ərsəyə gətirilən bu yol qayalar dağıdılaraq 132 ilə salınıb. Əvvələr insanlar üçün keçilməsi mümkün olan yol sonradan avtomobil keçməsi üçün də genişləndirilib. Turizm məqsədi ilə salınan bu yol hətta dünyaca tanınmış Qualianq tunelindən belə daha qorxuludur.xa0
Ziqana Keçidi

Ziqana keçidi Şimalı Anadolu dağlarında yerləşir. 2032 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. İlin beş ayı qarla örtülü olan keçid zaman-zaman daralan kəskin döngələri ilə təhlükəlidir.xa0
xa0Uzungöl Yolu

xa0Trabzonun Çayqara rayonunda yerləşən Uzungöl yolu 1125 metr yüksəklikdə yerləşir və Türkiyənin ən təhlükəli yollarından biridir.
Bayburt-Of yolu

Dağ ətəklərində yerləşən Bayburt-of yolu dünyanın ən təhlükəli yollarından biridir. Yüzlərcə klometr yol heç bir təhlükəsizlik tədbiri görülmədən uzanıb gedir. Yolun fotoları belə adamı vahiməyə salır.xa0
Vasif Əlihüseyn