Osmanlı dövründə min bir cür işgəncə üsulları, xüsusən də vətən xaini və ya döyüşlərdə əsir alınmış düşmənlərə tətbiq olunurmuş. Bu işgəncə növlərinin hər biri ayrı-ayrılıqda dəhşətli olub, insanı yaşadığı hər bir dəqiqə üçün belə peşman edib. Lakin içlərindən bir növü olub ki, insanı həqiqi mənada ağrıdan bihuş edib, şüurunu itirib. O dövrdə hər kəs tərəfindən bilinən və tez-tez tətbiq edilən bu işgəncə növünü Mankurt üsulu adlandırılıb. Üsul o dövrün ən məşhur işgəncə növü olmağı artıqlaması ilə haqq edib və çox dəhşətli üsul olub. Mankurt söz olaraq "man" kökündən uydurulub, ağlını itirmək, ağıldan məhdudiyyətli kimi mənalar verir.xa0
Mankurt işgəncə növü ilk olaraq işgəncə ediləcək adamın başının tamamilə keçəl qırxılması ilə başlayır. Daha sonra isə başı keçəl edilən adamın başına yaş dəvə dərisi daram vəziyyətdə və bütün beyni örtəcək şəkildə çəkilir. Sonra işgəncə verilən həmin şəxs bir neçə gün ərzində isti səhrada qızmar günəş altında saxlanılır. Bu şəkildə istinin təsirindən dəvə dərisi getdikcə yığılır və daha da daram qalır. Zaman keçdikcə baş dərisi ilə birləşən dəvə dərisinə altdan çıxmağa başlayan saç tükləri da batmağa başlayır. Ancaq dəri o qədər kəskinləşir ki, uzanan saçlar dərini deşib çölə çıxa bilmirlər. Beləliklə, uzanmağa davam edən saç çölə doğru deyil, tərs dönərək beynin içinə doğru yönəlir. Uzanan saçların başı deşib beyinə batmağa başlamasıyla insan çox şiddətli və dözülməz bir əzab çəkməyə başlayır. Bu ağrı o qədər şiddətli olur ki, bir müddət sonra işgəncə edilən insan ağlını və yaddaşını itirir. Nə ətrafındakı hadisələri sağlam bir şəkildə mühakimə edə, nə də ki, daha əvvəl tanıdığı bir adamı tanıya bilir.

Beyin funksiyaları azaldığı, düşünmə və mühakimə etmə funksiyası itdiyi üçün də işgəncə edilən insan sahibinin hər dediyinə hərf-hərf əməl etməyə başlayan biri halına gəlir. Nəhayət ortaya çıxan və “şüursuz kölə”x9d olaraq da adlandırılan bu adam artıq bir “Mankurt”x9d olur. Bu ağlasığmaz işgəncə əsas məqsədi insanın bir Mankurta, yəni şüursuz bir qula çevrilməsidir. xa0Və çevrilir də...
Zəhra