Tailand milli parkında fillərin hücumuna məquz qalan motosiklet sürücüsü nəqliyyat vasitəsini ataraq meşəyə qaçmağa məcbur olub.
Moderator.az xəbər verir ki, hadisənin videosu qoruğun rəsmi Facebook səhifəsində yerləşdirilib.
“The Mirror”x9dun məlumatına görə, hadisə Nakxonratçasima əyalətində Kxauyay milli parkında baş verib. Heyvanlar bir qrup baykerin onların yanından səs-küylə keçdikdən sonra hürküblər.
İnsident zamanı Tailand sakinin xəsarət almadığı bildirilir.
Park rəhbərliyi hadisədən sonra qoruğun ərazisinə motosikllərin girişini qadağan etmək istəyir.
Qeyd edək ki, Kxauyay Tailandın 3-cü ən böyük milli parkıdı. Burada 3 min növ bitki, 320 növ quş və 66 növ nadir heyvan saxlanılır.