Bir neçə aydan sonra dünyaya ikinci övladını gətirəcək Türkiyənin məşhur aktrisası Fahriyə Evcənlə bağlı gözlənilməz iddia üzə çıxıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, müayinə üçün həkimə gedən aktrisanın əkiz övladı olacağı bildirilib.
F.Evcən yayılan iddialarla bağlı açıqlama verməyib.
Qeyd edək ki, Fahriyə Evcən həmkarı Burak Özçivitlə 2017-ci ildə ailə qurub. Cütlüyün bu nikahdan Karan adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media