Dünyaca məşhur tenisçi Mariya Şarapova yeni doğulmuş körpəsini göstərib.
Bizim.Media xəbər verir ki, iyulun birində dünyaya oğlan övladı gətirən ulduz tenisçi Teador adı verdiyi körpəsinin şəklini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, M.Şarapova 2020-ci ildə nişanlanacağını açıqlamışdı. Onun sevgilisi britaniyalı iş adamı Aleksander Gilks tenisçiyə evlilik təklifi etmişdi.
Lakin cütlük hələ də rəsmi qaydada evlənməyiblər.
İş adamı "Paddle 8" hərrac evinin yaradıcısı və şahzadə Harrinin dostudur.
Rəşad Əliyev, Bizim.Media