Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahadın 3000 manat cəriməsi olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçinin oğlu sosial şəbəkə hesabında məlumat paylaşıb.
Cahad izləyicisindən gələn “Ən çox nədən qorxursan?” sualına belə cavab verib:
“Azadlıqdan məhrum edilməkdən. Ona görə də karantin və komendant saatını pozduğuma görə 3000 manat cəriməm var. Azadlıq olmadan yaşaya bilmərəm”.
Rəşad Əliyev, Bizim.Media