“41 il əvvəl bölgələrimizin birində məni mikrofondan tok vurmuşdu. 14 saat komada qalmışam”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Yusif Mustafayev qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Sənətçi bildirib ki, ayın 30 günü toyu var:
“Mən “cingəli” olmuşam. Bir yerdə dayanmırdım. Mikrofonun 22 metr kabeli vardı. Toyda sanki bir cin idim. Bunun bəhrəsidir ki, mən Yusifin bir ayın 30 gününün hamısı toylarla doludur. Gözə, nəzərə gəlmərəm. Allah yıxanı bəndə qaldıra bilməz”.
Rəşad Əliyev, Bizim.Media