Türkan Sevda ilə Tünzalənin cavabını verdi: "Onlarla eyni səhnəni bölüşürəm" - VİDEO

"Xalq, Əməkdar artistlər, sənətçilər mənə atmacalar atırlar ki, onlara cavab verim. Mən o tərbiyənin yiyəsi deyiləm ki, onlara cavab verim".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu "7 canlı" axşam şousunda deyib.

"Kim mənim haqqımda danışsa, onlara yalnız gözəl şəkildə cavab verəcəyəm. Boş şeylərdir. Öz işimlə məşğulam. Kiminsə məni qınaq etməsini, hansısa mahnını düz və ya səhv ifa etməyimlə bağlı deyilən sözləri qəbul etmirəm. Hansı mahnını necə oxumaq lazım olduğunu gözəl bilirəm. Hansısa məsləhəti ala bilərəm Babək Niftəliyev (red. B.Niftəliyev verilişdə qonaqdır) və onun simasında digər sənətçilərdən və səhvimi düzəltməyə çalışaram. Amma baxıb görürəm ki, estrada janrında ifa edənlər, həmyaşıd olduğum həmkarlarım mənimlə qalmaqal etmək istəyirlər. Mən qalmaqallara gedən insan deyiləm".

Verilişin aparıcısı Vüsalə Əlizadənin, "Xalq artisti Tünzalə Ağayeva və Əməkdar artist Sevda Ələkbərzadə ifanı tənqid etmişdilər. Onlara cavab verəcəksən?" sualına T.Vəlizadə belə münasibət bildirib:

"Hər iki sənətçiyə hörmətim var. İllərdir bu sənətdədirlər. Əgər mən həm Tünzalə, həm də Sevda ilə toy məclislərində bir səhnəni paylaşıramsa, eyni səhnəni bölüşürüksə, eyni məclislərdə yarım saatlıq ifa edib çıxdıqda adını çəkdiyiniz sənətçilərlə görüşürüksə, deməli məndə varam və kütləm var".

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu "Şourum" maqazin verilişində Türkanın ifası ilə bağlı "Faciəvi reallıqdır, belə bir mahnı heç zaman sənət əsəri ola bilməz" deməsi qalmaqala səbəb olmuşdu.

Əməkdar artist Sevda Ələkbərzadə isə İçərişəhərdə keçirilən Novruz bayramı şənliyində Türkanın mahnısına, "Zövqdən danışırıq, belə bir musiqi səslənə bilər? Biz avtovağzalda, taksidə, bazarda səslənən musiqidən danışmırıq" söyləməsi qarşı tərəfi hiddətləndirmişdi.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dronların icazə və dövlət qeydiyyatı artıq "my gov"da!

Dronların icazə və dövlət qeydiyyatı artıq "my gov"da!

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərdən YENİ XƏBƏR VAR

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərdən YENİ XƏBƏR VAR

Polis Akademiyasına sənəd qəbulu davam edir - Abituriyentlərin nəzərinə!

Polis Akademiyasına sənəd qəbulu davam edir - Abituriyentlərin nəzərinə!

Arda su qabına təpik vurdu, yerə yıxıldı – VİDEO

Arda su qabına təpik vurdu, yerə yıxıldı – VİDEO

Azərbaycanlı müğənninin 4 min manatlıq idman ayaqqabısı... - VİDEO

Azərbaycanlı müğənninin 4 min manatlıq idman ayaqqabısı... - VİDEO

Beynəlxalq təşkilatların İFLASI – Gücün hakim olduğu yeni dünya REALLIQLARI

Beynəlxalq təşkilatların İFLASI – Gücün hakim olduğu yeni dünya REALLIQLARI

ABŞ-da DƏHŞƏT – Yük maşınını etirazçıların üzərinə sürdü – ANBAAN VİDEO

ABŞ-da DƏHŞƏT – Yük maşınını etirazçıların üzərinə sürdü – ANBAAN VİDEO

Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Bakıda mağazadan meyit tapıldı

Bakıda mağazadan meyit tapıldı

Hadisə ilə Fulya Öztürk arasında QALMAQAL

Hadisə ilə Fulya Öztürk arasında QALMAQAL

“PAŞA Bank”da yüksək vəzifəyə TƏYİNAT

“PAŞA Bank”da yüksək vəzifəyə TƏYİNAT

DYP-dən təkərlərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən təkərlərlə bağlı sürücülərə MÜRACİƏT

“Milan” autsayderlə oyunda xal itirdi - VİDEO

“Milan” autsayderlə oyunda xal itirdi - VİDEO

Ağlasığmaz layihə: Göydən aşağı bina tikiləcək

Ağlasığmaz layihə: Göydən aşağı bina tikiləcək

"Qızıl Qlobus" sahiblərinə təqdim olundu – FOTO

"Qızıl Qlobus" sahiblərinə təqdim olundu – FOTO

Mənzurə Musayevanın qardaşı İŞDƏN ÇIXARILDI

Mənzurə Musayevanın qardaşı İŞDƏN ÇIXARILDI

Tibb dünyasını ikiyə bölən qərar: Reseptləri artıq həkimlər yazmır

Tibb dünyasını ikiyə bölən qərar: Reseptləri artıq həkimlər yazmır

Hüseyndən atası ilə bağlı paylaşım – FOTO

Hüseyndən atası ilə bağlı paylaşım – FOTO

Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verildi – QİYMƏTLƏR

Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verildi – QİYMƏTLƏR

Tender və kotirovkalarda dempinq limiti - Hansı halda iştirakçı kənarlaşdırılır?

Tender və kotirovkalarda dempinq limiti - Hansı halda iştirakçı kənarlaşdırılır?

Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək? - VİDEO

Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək? - VİDEO

SON DƏQİQƏ: Bu liseydə rus bölməsinə qəbul dayandırıldı

SON DƏQİQƏ: Bu liseydə rus bölməsinə qəbul dayandırıldı

Elmar Vəliyevin qaynına yüksək vəzifə verildi

Elmar Vəliyevin qaynına yüksək vəzifə verildi

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ: “Partlayış səsləri ilə əlaqədar...”

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ: “Partlayış səsləri ilə əlaqədar...”

End of content

No more pages to load

RADİO