"O elə bir boşluqdur ki, heç zaman dola bilməz. Qardaşım mənim dünyam idi. Dünyam dağılıb. Onun qız övladlarına və Allaha üsyan etməməyə görə mən sənətimi davam etdirəcəyəm. Ömrümün sonuna kimi də bu acı mənim içimi yandırıb-yaxacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Ötən həftə mərhum stilist qardaşı Balaşın 39 yaşı tamam olması münasibəti ilə məclis quran sənətçi onun yoxluğu ilə hələ də barışa bilmədiyini dilə gətirib:
"Yaşadığım müddətcə Balaş mənimlə yaşayacaq. Onun elədiklərini heç kim mənə edə bilməz. Balaş rəhmətə gedəndən sonra rəngim gedib. Heç zaman bir daha gözəl olmayacağam. Çünki qardaşım məni öz yanaşması, bəzəməyi ilə, əzizləməyi ilə, gözəlləşdirirdi”.
Qeyd edək ki, Balaş Əliyev ötən il beyin xərçəngindən vəfat edib.
Rəşad Əliyev, Bizim.Media