Bir müddətdir maliyyə problemləri ilə gündəmə gələn türk pop ulduz Serdar Ortaç özünə yeni gəlir mənbəyi tapıb.
Bizim.Media xəbər verir ki, o, ad günləri, yubileylər üçün təbrik mesajları hazırlayır.
Məşhurlar tərəfindən səsləndirilən xüsusi sistemə daxil olan Ortaç bu işindən 120 min TL (təxminən 12 372 manat) qazanıb.
"Məqsədim pul qazanmaq deyil, insanları sevindirməkdir. Bir ilə yaxındır ki, sosial media platforması ilə müqavilə bağlayaraq, sevdiklərim üçün xüsusi kliplər çəkirəm.
Onların ad günlərini qeyd edirəm, küsmüş cütlükləri barışdırıram. Mənim vasitəmlə qarşı tərəfə istədikləri özəl mesajı göndərirlər” - deyə məşhur ulduz bildirib.
Rəşad Əliyev, Bizim.Media