Xalq artisti Firəngiz Mütəllimova Şuşadakı evlərinə gedib.
Bizim.Media xəbər verir ki, aktrisa mənfur düşmənlərimiz tərəfindən dağıdılaraq viran qoyulan evlərinin görüntüsünü sosial şəbəkə hesabında paylaşıb.
Videoda onun həmkarı, Xalq artisti Nürəddin Mehdixanlı da yer alıb.
F.Mütəllimova paylaşımına, "Şuşa, məhləmiz, qapımızın qarşısı. 43 ildən sonra Nürəddin Medixanlı yenidən bizə, Şuşaya gəldi. Şuşa doğrudan da abadlaşır, dirçəlir" deyə şərh yazıb.
Rəşad Əliyev, Bizim.Media