Türkiyəli pop ulduz Gülşənin paylaşımı başına bəla olub.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında əlil arabasında video paylaşan Gülşən Türk sənət musiqisinin divası Bülənt Ərsoyun adını işarələyərək, onu yamsılayıb.
Sənətçinin bu hərəkəti izləyiciləri hiddətləndirib.
Onlar "Əylənmək üçün əlil arabasını seçmək, utancvericidir”, “Bülənt Ərsoy sağlamlığı ilə bağlı ayaqüstə dayana bilmədiyindən əlil arabasına oturub. Onu təqlid edərək, ələ salmaq doğru addım deyil”, “Gün gələr sən də o əlil arabasına möhtac qalarsan” kimi şərhlərlə “yıxıb-sürüyüblər”.
Gülşən isə yazılan tənqidlərə əhəmiyyət verməyərək paylaşımını silməyib.
Rəşad Əliyev, Bizim.Media