“Günün sədası” səhər şousunun aparıcısı Nanə Ağamalıyeva paylaşımları ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabından aktiv olan aparıcı bir-birindən cazibədar fotolarını paylaşıb.
İzləyicilərin tənqidi fikirlərindən özünü qorumaq üçün Nanə yayımladığı şəkillərin şərh bölməsini bağlayıb.
Qeyd edək ki, sosial media əhli mütəmadi olaraq N.Ağamalıyevanı fotoşopdan aşırı istifadədə ittiham edir. Lakin o, yazılan mənfi rəylərə heç bir reaksiya vermir.
Rəşad Əliyev, Bizim.Media