Müğənni Nura Suri okeanın o tayına, Cənubi Amerikaya Kolumbiyaya gedib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Oğlu Davidlə uzun məsafə gət edən sənətçi təyyarədən enər-enməz Kolumbiyanın gecə görüntüsünü çəkərək, izləyiciləri ilə paylaşıb.
Suri yayımladığı videoya “Yeni ölkə, yeni şəhər. Xoş gördük Madellin” - deyə şərh yazıb.
Qeyd edək ki, Nura Surinin daha iki oğlu - Xosrov və Mohsen var. Onlar hazırda Amerikada yaşayır.
Rəşad Əliyev, Bizim.Media