Aktrisa Pərvin Abıyevanın “Aktrisalar içində özümü, Aidə Cəbiyeva və Nərgiz Əliyevanı zövqlü görürəm” deməsi qalmaqala səbəb olub. Abıyevanın bu açıqlaması həmkarı Arzum Kərimovanın xoşuna gəlməyib.
Bizim.Media xəbər verir ki, Kərimova qonaq olduğu “Səhər mərkəzi” verilişində qarşı tərəfin ünvanına atmaca atmaqdan çəkinməyib.
Gənc aktrisa Pərvini sözləri ilə iynələyib:
“Pərvini bəyənirəm. Şarmlı xanımdır, zövqünü bəyənirəm. Üzərində çalışdığı dəbini, sənəti üzərində çalışsa, daha yaxşı olar. Pərvin Abıyeva illərdir heç bir layihədə yoxdur”.
Rəşad Əliyev, Bizim.Media