Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, tez-tez imcini dəyişən pop-diva görənləri təəccübləndirib.
Qatıldığı klub konsertinə ağ, qolları "peruş" kostyum geyinən A.Kazımova dəbdəbəli və qlamur səhnə obrazında obyektiv qarşısına keçib.
Xalq artistinin biri-birində cazibədar və ecazkar şəkilləri izləyicilər tərəfindən heyranlıqla qarşılanıb.
Qeyd edək ki, Aygün Kazımova bir neçə gün əvvəl duet ortağı Rauf Əhmədovla "Saxla şəkilləri" adlı yeni hitini rəsmi "YouTube" platformasında təqdim edib.
Rəşad Əliyev, Bizim.Media