İtaliyanın Turin şəhərində “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalına start verilib.
Bizim.Media xəbər verir ki, “Pala Alpitour” idman-konsert arenasının səhnəsində müsabiqənin finalına vəsiqə qazanmağa iddialı 17 iştirakçı ölkə çıxış edəcək.
Builki qələbəyə əsas namizədlərdən biri "Stefaniya" kompozisiyası ilə çıxış edən Ukraynanın “Kaluş Orkestri” rep qrupudur.
Qeyd edək ki, mayın 12-də Turində keçiriləcək ikinci yarımfinalın birinci hissəsində Azərbaycan təmsilçisi Nadir Rüsrəmli “Fade to black” balladası ilə çıxış edəcək. Onun səsvermə nömrəsi 4-dür.
Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya isə birbaşa finaldan yarışmaya qoşulacaq.
Rəşad Əliyev, Bizim.Media