Tanınmış aktrisa Sevinc Əliyeva arxivini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, o, sosial şəbəkə hesabında 17 il əvvəl Əməkdar artist Mananın klipində rol aldığı görüntüləri yayımlayıb.
Aktisa paylaşdığı arxiv videosuna, "17 il əvvəl... 3-cü kursda oxuyan bir qızın baxışları" şərhini yazıb.
Qeyd edək ki, Sevinc Əliyeva 2007-2016-cı illərdə məşhur rejissor Fuad Əlişovla ailəli olub. İllər sonra cütlük rəsmi şəkildə boşanıb. Bu evlilikdən onların üç övladı var.
Rəşad Əliyev, Bizim.Media