Türkiyəli illüstrator Robin Yaylanın təqdim etdiyi əl işləri görənlərin marağına səbəb olub.
Bizim.Media xəbər verir ki, illüstratorun dünyaca məşhur abidələri, binaları və körpüləri “başqa bucaqdan baxmaq” formatında hazırladığı işləri “Nərgiz” dərgisi “İnstagram” hesabında paylaşıb.
“Piza qülləsi” - kameradır, “III Sultan Əhməd Fəvvarəsi” - uçan xalça, “Alov Qüllələri” isə - pinqvinlərdir.
İllüstrasiyaların əsas məqsədi insanların üzündə təbəssüm yaratmaqdır.
Rəşad Əliyev, Bizim.Media