Azərbaycanlı eks bədii gimnast Samirə Mustafayeva açıq-saçıq fotoları ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, gimnast bikinidə, piton printli uzun çəkmədə və bol qızıllı aksessuarları ilə qumda obyektiv qarşısına keçib.
Fit və ideal bədən quruluşunu gözlər onündə sərgiləyən Samirə biri-birindən cazibədar pozları ilə diqqətləri üzərinə cəmləyib.
S.Mustafayevanın bədəninin müxtəlif yerlərindəki döymələri də nəzərdən qaçmayıb.
Qeyd edək ki, Samirə Mustafayeva zəngin iş adamı Nikolay Kondratyukla evlidir. Cütlük dörd il əvvəl iyul ayında Fransanın Riviera sahillərində yerləşən Sent-Anes bölgəsində nikah bağlayıblar.
Rəşad Əliyev, Bizim.Media