Xalq artisti Nəzakət Teymurova professor adına layiq görülüb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bununla bağlı məlumat paylaşıb.
N.Teymurova "Professor adın mübarəkdir" yazılmış tortla fotolar çəkdirib.
Onun yayımladığı şəkillərə yaxın dostları və şou əhli təbriklər yazaraq professor olmaq münasibəti ilə təbrik yağışına qərq ediblər.
Rəşad Əliyev, Bizim.Media