Rusiyanın qalmaqallı müğənnisi Morqenştern (Alişer Valeev) xarici agent kimi fəaliyyət göstərən ictimai xadimlərin reyestrinə daxil olub.
Bizim.Media xəbər verir ki, onun adı mayın 6-da xarici agentlər siyahısında yer alıb.
Yenilənmiş siyahı Rusiya Ədliyyə Nazirliyinin saytında dərc olunub. Bildirilib ki, Morqenştern siyasi fəaliyyətlə məşğul olub və eyni zamanda xaricdən – İsraildən (“Yola Labs Ltd” təşkilatından) və Ukraynadan maliyyə alıb.
Hip-hop sənətçisi narkotiki təbliğ etməkdə günahlandırılıb. O, Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Morqenşternin “əslində sosial şəbəkələrdə narkotik alveri ilə məşğul olduğunu” açıqlamasından sonra Rusiyanı tərk edib.
Hip-hop ifaçısının klipləri və əsərləri təhlil edilərək barəsində inzibati iş açılıb. Aprel ayında media Morqenşternin İsrail pasportu almağa hazırlaşdığını yazıb.
Rəşad Əliyev, Bizim.Media