"Bacım ağır xərçəng xəstəsidir".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
Sənətçi bacısının xərçəng xəstəliyi ilə mübarizə apardığını açıqlayıb:
"Hər həftə bacıma iynələr vurulur. Vəziyyəti həddən artıq ağırdır. Demək olar ki, yaşamaq şansı çox azdır. Ailədə heç kim yatmır. Onun qayğısına qızları qalır. Mən də hər həftə bacıma baş çəkirəm. Bacardığım qədər ona kömək edirəm. Əlim bacımın üstündədir".
Rəşad Əliyev, Bizim.Media