“Dedilər ki, kişilərlə oteldə istirahət edirəm” - Cabbar Musayevlə Dənizin məhkəmə ÇƏKİŞMƏSİ

Müğənni Dəniz Əsədova ilə bəstəkar-müğənni Cabbar Musayevlə aylar əvvəl yaşanan qalmaqal məhkəməyə qədər uzanıb. 

Bizim.Media xəbər verir ki, C.Musayev müğənnini onu canlı efirlərin birində təhqir etdiyi və böhtan atdığını bildirərək məhkəməyə verib. 

Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb. Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib. 

Məsələ ilə bağlı Bizim Media-nın əməkdaşı D.Əsədova ilə əlaqə saxlayıb. Sənətçi C.Musayevlə məhkəməyə qədər uzanan qalmaqallı hadisəni belə nəql edib. 

“Dekabr ayından bəri sosial şəbəkədə özlərinə aid olmayan yeni açılan hesablardan qarşı tərəfə aid çevrələr anamı, məni və ailəmi təhqir edir. Doğmalarım bu məsələnin arxasınca düşüb, təhqir, böhtan yazan şəxslərin kimliyini müəyyənləşdirdilər. Həmin şəxs Qasımzadə Nigar Çingiz qızıdır. Bu qadın Cəbbar Musayevin çevrəsində olan şəxsdir. Mənə qarşı iftira atır. Güya ki, mən keçmişdə əxlaqsızlıqla məşğul olmuşam. Həmin qadının şərti isə mənim sənətdən getməyim və ya  müəyyən miqdarda pul verməyimdir. Mənim isə alnım açıq, üzüm ağdır. Dekabrın 31-i 102-yə şikayət etdim. Ailəmlə Qəbələdə istirahət etdiyim zaman yenə mənə qarşı böhtan atdılar.

Dedilər ki, oteldə kişilərlə istirahət edirəm. Halbuki orada həyat yoldaşım və uşaqlarıma istirahət edirdim. Nömrəni də həyat yoldaşım bron etmişdir. Məsələ ilə bağlı polisə şikayət etdim, lakin cavab gec gəldi.

DİN-ə şikayət etdim, onlar isə ərizəmi Bakı Şəhər Polis İdarəsinə yönləndirdilər. Bu məsələ bir az da uzandı və məni hələ indiyə kimi İdarəyə dəvət etməyiblər.

Daha sonra söylədilər ki, bu işi bağlayıblar və yönəldiblər Xətai rayon Polis idarəsinə. Amma oradan da bir cavab yoxdur. Məni sosial şəbəkədə təhqir edən qadının qeydiyyatı Şirvan şəhəri olduğu üçün, bu məsələ ilə bağlı Şirvan şəhəri Polis idarəsinə müraciət etdim. Hazırda isə orada material üzrə araşdırma gedir”. 

D.Əsədova onu sosial şəbəkədə təhqir edən Qasımzadə Nigar Çingiz qızının C.Musayevlə münasibətdə olduğunu açıqlayıb.

“Həmin qadın Cəbbar Musayevlə münasibətdədir. Məndə səs yazıları, dəllilər var. Cəbbar hətta onun etdiyi hərəkətlərə görə məndən dəfələrlə üzr istəyib. Onlarla dəfələrlə oturub bu məsələni öz aramızda çözməyi istədim. Çünki burada söhbət hətta mənim əsəb xəstəsi olan övladımdan da gedir. Amma heç bir xeyri olmadı. Mənim Cəbbarla heç zaman əlaqəm olmayıb. Bu dəqiqə isə toy və pul dalınca qaçmıram.

Başım yalnız öz sənətimə qarışıb. Duet filan da heç kimlə oxumuram. Qarşı tərəfin əhatə dairəsi böyüyüb. Bu işdə aranjimançı İlkin Həsənin də əli var. Çünki mahnılarımı yazdırdığım səsyazma studiyası İlkinə məxsusdur.
O da Cəbbarın yaxın dostudur. O da mənə saxta hesablardan yazır. Bunu da artıq aşkar etmişik. Hazırda polisdə araşdırma gedir və hüquqi qiymət veriləcək. Qasımzadə Nigar Çingiz qızı da Cəbbar Musayev kimi məni məhkəmə verib. Ekspertiza təyin olunub, məhkəməyə təqdim edilib. Onunla bağlı araşdırma gedir. Münaqişəni də yaradan həmin bu xanımdır. Cabbar mənimlə açıqlama verdiyimə görə düşmənçilik edir. Cabbarla eyni studiyada idik. O toy mahnıları üzərində işləyirdi.

Mən isə oxuduğum zaman həmin qadın Cabbara məni qısqanıb. Mən gördüklərimi deyirəm. Mənim geyimlərimi başladı qısqanmağa.

Çalışdığım studiyada bütün işlərimi dayandırdım. O studiyaya daha ayaq basmadım və onlardan qalan pulumu qaytarılmasını tələb etdim. Aranjimançı İlkin məndən xahiş etdi ki, bu məsələni böyütməyim, biabırçılıq olacaq”. 

Sənətçi məhkəmənin çıxardığı hökmlə razı olmadığını apelyasiyaya şikayət edəcəyini açıqlayıb. 

“Artıq boşluğa yol verilə bilməz. Çünki Cabbar məni məhkəməyə verdi. Nəticədə 6 ay islah işləri cəzasını aldım. Məhkəmədə hüquq şurasının nümayəndəsi də iştirak edirdi. Mən də hamının gözü önündə bir daha Cabbar Musayevi təhqir etdim. Dedim ki, sən qeyrətsizsən, kişi deyilsən. Çünki 63 yaşlı kişinin 33 yaşlı qadınla nə problemi ola bilər? Bir kişi saxla hesablarla sosial şəbəkədə niyə məni ittiham etməlidir ? Mənim də öz ailəm, işlədiyim sahə var. Mən qələt edib bu sənətə gəlmədim ki, kimləsə problem yaşayım.

Hamı kimi mən də cibimin pulunu qoyub gəlmişəm. Artıq bir ildən çoxdur ki, efirlərdəyəm. Yəni istəyim pik nöqtəyə gəlib çatıb, sonra pul dalıyca qaçmaqdır.

Bu dəqiqə isə mən sənət arxasıyca gedirəm. Buna isə hamı şahiddir. Mən heç bir kişi məclislərinə də getmirəm. Yalnız ailə məclislərində çıxış edirəm. Məhkəmənin çıxardığı hökmlə razı qalmadığıma görə, Apelyasiya məhkəməsinə şikayət edəcəm”. 
Qalmaqallı məsələni gündəmdə saxlayıb, yaxın saatlarda qarşı tərəfin yəni bəstəkar-müğənni Cabbar Musayevin açıqlamasını oxuyucularımıza təqdim edəcəyik. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefonlarımız bizi dinləyir?

Telefonlarımız bizi dinləyir?

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

ABŞ-da təyyarə polis helikopteri ilə toqquşdu – ANBAAN VİDEO

ABŞ-da təyyarə polis helikopteri ilə toqquşdu – ANBAAN VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Moskvaya 1000 dronla hücum planı: Son anda...

Moskvaya 1000 dronla hücum planı: Son anda...

Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Banklar şəxsi məlumatlarımızı haradan və necə əldə edir? – VİDEO

Banklar şəxsi məlumatlarımızı haradan və necə əldə edir? – VİDEO

ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - TƏCİLİ XƏBƏRDARLIQ

Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - TƏCİLİ XƏBƏRDARLIQ

Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - Video

Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - Video

Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu

Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu

Özəl universitetlər Bakıdan köçürülə bilər – Yeni TƏKLİF GÜNDƏMDƏ

Özəl universitetlər Bakıdan köçürülə bilər – Yeni TƏKLİF GÜNDƏMDƏ

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Pensiyalar yenidən artırılır? - AÇIQLAMA

BİZİM TƏQVİM: 21 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 21 avqustda baş vermiş tarixi hadisələr

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

End of content

No more pages to load

RADİO