Sevda Ələkbərzadə bu verilişə getdiyinə PEŞMAN OLDU: “Utanmasaydım, yarımçıq tərk edərdim”

“Mən heç zaman verilişlərə çox çıxmamışam. Olub ki, verilişlərə getmişəm, sonradan peşman olub, demişəm ki, kaş getməzdim. Dedikləri kimi, veriliş səviyyəli deyildi. Bu kimi hallarla da üzləşmişəm. Ona görə də indi hər-hansısa verilişə gedəndə əvvəldən informasiya toplayıram. “Youtube”da izləyirəm. Aparıcıların, qonaqların kimliyi ilə maraqlanıram”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə qonaq olduğu “Deməsəm olmaz” proqramında deyib.

Verilişlərə çox nadir hallarda qatılan sənətçi, illər əvvəl bayağı ifaçılarla eyni proqramda çıxış etdiyi üçün hələ də peşmançılıq çəkdiyini bildirib:

“İllər əvvəl “Arazbari” adlı mahnıma klip çəkdirdim. Böyük bir iş görmüşdük. Klipi isə Gürcüstanda çəkmişdik. Bu ekran əsərinin televiziya kanallarımızın birində təqdimatını keçirtdik. Verilişin adı artıq yadımda deyil.

Kanalın adını açıqlamaq istəmirəm. Həmin verilişə mənimlə bərabər bayağı ifaçılar da dəvət almışdı. Bu səviyyədə olan işdən danışırsan, yanında da musiqiyə adiyyatı olmayan şəxslər əyləşib.
Onları verilişdə aparıcılar elə təqdim edirdilər ki... Mən və mənim işim kənarda qaldı. Başa düşdüm ki, onlar pul verib, çıxmışdılar efirə. Onları mənlə bir yerdə otuzdurmuşdurlar. O hadisə mənim ürəyimdə xal kimi qaldı. Utanmasaydım, verilişi tərk edərdim. Amma heç kimin qəlbini də qırmaq istəmirəm. Günah bayağı ifaçılarda yox, onları o səviyyəyə qaldıranlardadır. Bu hadisə mənim çox xətrimə dəydi”.

Əməkda artist verilişlərdə bayağı ifaçıları “sənətkar” deyib, ucaldan aparıcıları da tənqid edib.

“Elə aparıcılar var ki, sənəti olmayan bir şəxsi sənətkar kimi təqdim edirlər. Hansı əsl sənətkar bunu görəndən sonra verilişə çıxmaq istəyər. Əgər nə veriliş nədəki aparıcı məni qanə etmirsə, ora getmirəm. Fərqi yoxdur o verilişə tək və ya kimləsə çıxacağamsa belə getmirəm. Verilişlərə gedəndə də şərt qoyuram ki, tək çıxıram və ya ürəyim istəyən insanlarla bərabər. Bunu etmirəm ki, kimisə özümdən aşağı baxıram.

Hər kəsə hörmətlə yanaşıram, hərənin öz yeri var. Sadəcə uyğunluq məsələsi var. Əgər bu insanla nə yaradıcılığım üst-üstə gəlmirsə, fərqli-fərqli insanlarıqsa niyə onunla eyni verilişə çıxım? Bayağı ifaçı müğənni deyil. Məsələn mən tanınmamış bir müğənni ilə verilişə çıxaram.

Çünki onun tanınmış olması mənim üçün vacib deyil. Əsas odur ki, o yaxşı ifaçı olsun. Həmin şəxsin mütləq məşhur olması mənim üçün vacib deyil. Burada məşhurluqdan getmir söhbət”.
Ələkbərzadə bayağı müğənniləri və onların oxuduğu mahnılarını təbliğ edən televiziya kanallarını sərt şəkildə tənqid edib.  

“İnternetin pis və yaxşı tərəfləri var. Əvvəllər o bayağı ifaçıları demək olar ki, tanımırdıq. Onlar öz yaşadığı yerlərdə toylarda çıxış edirdilər və kütlə onları tanımırdı. Amma indi “Youtube” var deyə, onlara qulaq asanların sayı çoxdur. Bu da normal haldır. Bu hər yerdə belədir ki, onların izləyicisi daha çoxdur. Onlarla mübahisə etməyəcəksən ki... İnsanlar sevir qulaq asır. Bu da hər kəsin şəxsi işidir. İnsanın zövgü budur. Televiziya məkanında olan verilişlərə, bu cür ifaçıları dəvət etmək olmaz. Niyə ? Onu dinləyən insan bilsin ki, bu musiqi bayağıdır. Bu musiqini efirdə dinləyə bilmərəm. Bu musiqiyə yalnız “Youtube”da qulaq asa bilərəm. Beləcə dinləyicilər fərqi biləcəklər.

Birdə var ki, tamaşaçı açır efiri həm professional həmdə bayağı ifaçını bir yerdə görür, ikisidə eyni anda təqdim olunur. Bəs kütlənin musiqi zövqünü kim tərbiyələndirəcək? Axı hər insanın musiqi zövgü yoxdur. Amma bu onun intelektinin, səviyyəsinin olmamasından xəbər vermir. O qədər öz sənətinin peşəkarları var ki, amma musiqi zövgü yoxdur”.
S.Ələkbərzadə bayağı və professional musiqinin eyni səviyyədə olmasına üsyan edib. 

“Hər bir musiqinin, janrın öz yeri olsun. İstəmirəm ki, bir-birinə qarışsın. Bayağı ilə professional musiqi bir arada səslənməli deyil. Bu çox ayıbdır, bunu etmək olmaz. Biz professional müğənnilərin, televiziya kanalların, radioların işi bayağılığı təbliğ etməməkdir”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefonlarımız bizi dinləyir?

Telefonlarımız bizi dinləyir?

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

ABŞ-da təyyarə polis helikopteri ilə toqquşdu – ANBAAN VİDEO

ABŞ-da təyyarə polis helikopteri ilə toqquşdu – ANBAAN VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Moskvaya 1000 dronla hücum planı: Son anda...

Moskvaya 1000 dronla hücum planı: Son anda...

Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Banklar şəxsi məlumatlarımızı haradan və necə əldə edir? – VİDEO

Banklar şəxsi məlumatlarımızı haradan və necə əldə edir? – VİDEO

ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - TƏCİLİ XƏBƏRDARLIQ

Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - TƏCİLİ XƏBƏRDARLIQ

Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - Video

Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - Video

Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu

Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu

Özəl universitetlər Bakıdan köçürülə bilər – Yeni TƏKLİF GÜNDƏMDƏ

Özəl universitetlər Bakıdan köçürülə bilər – Yeni TƏKLİF GÜNDƏMDƏ

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Pensiyalar yenidən artırılır? - AÇIQLAMA

BİZİM TƏQVİM: 21 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 21 avqustda baş vermiş tarixi hadisələr

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Taksi sürücüsünü elə aldatdı ki... - Film kimi hadisə - VİDEO

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

Toylarından çox rəqsləri gündəm oldu – VİDEO

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

End of content

No more pages to load

RADİO