Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva uzun müddətdir efirə çıxmamasının səbəblərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi "Elgizlə izlə" sosial-ictimai proqramda qonaq olarkən bu barədə danışıb.
Z. Dostəliyeva bildirib ki, bir ildə iki dəfə bıçaq altına uzanıb:
"Bir dəfə öd kisəmdən əməliyyat olundum. Sonra kor bağırsağım partladı, ölümdən döndüm. Dörd ildir heç bir şənliklərdə qatılmıram. Oxumaq və efirə gəlmək həvəsim tamam itmişdi”.
Rəşad Əliyev, Bizim.Media