Müğənni Nadir Rüstəmli Ermənistanın builki Avroviziya təmsilçisi Roza Linn-in ifasını bəyəndiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nadir ötən gün “Instagram” hesabında açdığı canlı yayımda söyləyib.
İzləyicilərdən biri ingilis dilində N.Rüstəmliyə “Roza Linn barədə nə düşünürsünüz?” sualını ünvanlayıb. Nadir isə “Yaxşı qızdır, yaxşı da mahnısı var. Mahnısını sevirəm. Ona uğurlar arzulayıram, başqa nə deyə bilərəm ki?”,- deyə fikirlərini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media