Ötən həftə 9 saatlıq plastik əməliyyat keçirən müğənni Damla üzə çıxıb.
Bizim.Media xəbər verir ki, “Şourum” verilişinə müsahibə verən sənətçi keçirdiyi 4 ağır əməliyyatından söz açıb.
“Üzümə və qollarımı kök hüceyrə vurdular, sinə ölçümü kiçiltdim (mamoplastika) eyni zamanda qarın hissəmdə olan piylərdən azad oldum”, - o deyib.
Qeyd edək ki, bu Damlanın ilk əməliyyatı deyil. Sənətçi illər əvvəl burnunu kiçiltmək (rinoplatika) üçün bıçaq altına uzanıb.
Rəşad Əliyev, Bizim.Media