Mərhum türkiyəli müğənni Barış Akarsunun həyatından bəhs edən film çəkilir.
Bizim.Media “enmagazin”ə istinadən xəbər verir ki, filmdə sənətçini aktyor İsmayıl Ege Şaşmaz canlandıracaq.
Bildirilib ki, Şaşmaz artıq filmin çəkilişləri üçün hazırlıqlara da başlayıb.
Qeyd edək ki, Barış Akarsu 2007-ci il iyulun 4-də 28 yaşında motosikl qəzasında dünyasını dəyişib.
Bizim.Media