Xalq artisti Yaşar Nurinin qızı Ülkər mərhum atası ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, atası ilə fotosunu yayımlayaraq bunları yazıb:
“75 illiyin mübarək. Tək sevdiyim, tək sevgilim, ad günün mübarək, gözəl atam, canım”.
Qeyd edək ki, Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. O, II Fəxri xiyabanda dəfn edilib.
Y.Nurinin digər qızı Ülviyyə isə ötən il qəfil ürəktutmasından dünyasını dəyişib.

Bizim.Media