“Görməzdən gəldiyimiz hər səhv bir uşağın əlində silaha çevriləcək”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insidentlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, aparıcı şagirdlərini qoruyarkən həlak olan Ayla müəllimin fotosunu paylaşaraq bu sözləri yazıb:

“Bir neçə gün əvvəl bulvarda tapdalanmış, qoparılmış çiçəkləri görəndə içim sızıldadı… Amma etiraf edim ki, çox da təəccüblənmədim. Çünki biz get-gedə gözəlliyə qarşı hisslərini itirən bir cəmiyyətə çevrilirik. Axı, bir insan çiçəyi necə məhv edə bilər? Necə bir gözəlliyi məhv edərkən heç nə hiss etməz? Cavab çox ağırdır: içində sevgi olmayan insan hər şeyə qıyar, çiçəyə də, heyvana da, insana da… Bu gün dünyada baş verənlər də bunun acı sübutudur.

Son günlər Türkiyədə məktəbdə baş verən faciə — bir uşağın əlində silahla öz sinif yoldaşlarına, dostlarına, ona dərs deyən müəlliminə qıyacaq qədər qəddarlaşması. Sadəcə bir xəbər deyil, faciədir. Bu, hamımız üçün siqnaldır. Bu “bir yerdə səhv edirik” deməkdir. Uşaqlar doğulanda su kimi pak, məsum olurlar. Heç biri qəddar doğulmur. Onları ya biz belə edirik, ya da gözümüzün qarşısında dəyişirlər və biz bunu görməzdən gəlirik.

Bu gün məktəblərdəki vəziyyət də düşündürücüdür. Müəllimlər çox vaxt gördüyünü deməyə, şikayət etməyə çəkinir. Çünki bilir ki, bir çox halda valideyn əvvəlcə öz övladını yox, müəllimi günahlandıracaq. Sosial mediada isə hadisənin mahiyyətini bilmədən, kütlə psixologiyası ilə insanlar məktəbi, müəllimi hədəfə alır. Bəzən bu təyziq o həddə çatır ki, yersiz qınaqlar bir insanı mənəvi olaraq sındırır və özünə qəsdə qədər gətirir. Halbuki, müəllim uşağın həyatında valideyndən sonra ən böyük təsir gücünə sahib insandır.

Əgər biz müəllimi susdururuqsa, əslində uşağın gələcəyini susdururuq. Bu gün uşaqların əlində telefon, planşet var. Saatlarla nə oynadıqlarını bilmirik. O oyunlarda nə var?! Zorakılıq, aqressiya, hissizləşmə… Uşaq hər gün bunu görəndə, bir müddət sonra bunu normal saymağa başlayır. Biz bunu çox gec başa düşürük. Valideyn olmaq qorumaqdır. Nə izlədiyini bilmək, nə oynadığını izləməkdir. Onun qəlbini doldurmaqdır. Qəlbini haqsızlıqla, nifrətlə doldurduğumuz uşaq gələcəyin yırtıcısına çevrilə bilər… Amma biz ona mərhəməti öyrətsək, o da bir gün kiminsə yarasını saracaq.

Yıxılanı qaldırmağı, haqsızlığa susmamağı, böyük-kiçiyə hörmət etməyi, valideyn haqqını itirməməyi, dəyərlərə sadiq qalmağı uşaqlarımıza aşılasaq, tamam başqa bir dünya qura bilərik. Bu gün seçim bizimdir: ya uşaqlarımızı laqeydliklə, məsuliyyətsizliklə böyüdüb cəmiyyətə təhlükə kimi buraxacağıq, ya da onları vicdanlı, məsuliyyətli və əsl insan kimi yetişdirəcəyik. Unutmayaq, bu gün görməzlikdən gəldiyimiz hər səhv, sabah bir uşağın əlində silaha çevriləcək. Və o silah gec-tez hamımızın qapısını döyəcək”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO