Türkiyənin "Kuruluş Orhan" serialı ilə bağlı gözlənilməz dəyişiklik olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihənin davamı ilə bağlı planlar hələlik dayandırılıb.
“Bozdağ Film” tərəfindən ərsəyə gətirilən layihənin yeni mövsüm üçün daha əvvəl verilmiş təsdiqi ləğv olunub.
Bildirilir ki, bu qərarın verilməsinə səbəb istehsal şirkəti ilə serialın yayımlandığı kanal arasında yaranan maliyyə anlaşmazlıqlarıdır. Serialın gələcək taleyi ilə bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Bizim.Media