Mərhum Xalq artisti Arif Babayevin xanımı Gültəkin Babayeva sənətkarın ad günündə müsahibə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Gültəkin xanım “Xəzər axşamı”na danışıb:
“Yuxudan oyanan kimi deyirdim ki, şükür səni verən Allaha… Ona qədər adam zəng edirdi ki, telefona cavab verirdi. Telekanallardan onu təbrik edirdilər, sevinirdi. Həvəslə süfrə açırdıq ki, uşaqlar gələcək.
Çox çətindir, yarımçıq qaldım. Danışmaq da, onu düşünmək də çətindir. Elə bil evimizin işığı sönüb. Ab-havası dəyişib, o olanda ev doluydu, uşaqlarla deyib-gülürdü. Çox ailəcanlı, kövrək idi. Onu unutmaq qeyri-mümkündür”.
Sara, Bizim.Media