Müğənni Nadir Qafarzadə növbəti açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Nadir “Zarafat bir yana” verilişində oğlu Əzizin xanımından danışıb:
“Mən heç vaxt biznes-klassda uçmamışdım. Moskvaya gedirdim, gəlinim dedi ki, nəylə uçursan? Dedim, ekonomda. Qayıtdı ki, niyə? Dedim, ekonomda uçduğum üçün indi sizin eviniz, maşınınız var. Dedi, daha etmisən də, bundan sonra biznesdə uç. Hətta maşını mənə o aldırıb”.
Sara, Bizim.Media