Narkotiklərlə bağlı istintaq çərçivəsində barəsində axtarış qərarı olan Enes Batur xaricdən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında jandarma tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, Enes Batur barəsində “narkotik və ya psixotrop maddələrin istehsalı və satışı”, “istifadəsinin asanlaşdırılması”, eləcə də “istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək və ya saxlamaq” maddələri ilə cinayət işi başlanıb.
Anadolu Respublika Baş Prokurorluğunun keçirdiyi narkotik əməliyyatı çərçivəsində, aralarında Hasan Can Kaya, Yusuf Aktaş (Reynmen) və Emirhan Çakalın da olduğu 11 nəfər saxlanılmış, daha sonra ifadələri alındıqdan sonra sərbəst buraxılmışdı.
İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən qeyd olunan maddələr üzrə istintaq başladılmışdı. Barəsində saxlanılma qərarı çıxarılan Enes Batur isə İstanbul Hava Limanında saxlanılıb.
Enes Batur saxlanılma qərarı ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayaraq bildirmişdi:
“Hazırda əvvəlcədən planlaşdırılmış və sözügedən istintaqla heç bir əlaqəsi olmayan, tamamilə sosial media üçün məzmun istehsalı məqsədilə bir neçə video çəkilişi üçün 25 gündür xaricdəyəm. Bu müddətin sonunda planlaşdırıldığı kimi ölkəmə qayıdacağam. Hüquqi çərçivədə cavab verməyə və lazımi əməkdaşlığı göstərməyə hazıram.”
Anadolu Respublika Baş Prokurorluğunun apardığı narkotik əməliyyatı çərçivəsində saxlanılan və aralarında məşhur simaların da olduğu 11 nəfər jandarma idarəsində ifadə verdikdən sonra sərbəst buraxılmışdı.
Xaricdə olduqları üçün daha 9 şübhəli barəsində axtarış qərarı verilmişdi. Həmin şəxslərin Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turgut Ekim, Barbaros Dikmen, Yaren Alaca və Nisa Bölükbaşı olduğu bildirilmişdi.
Bizim.Media