Türkiyənin reytinqli serialı “Veliaht”da növbəti dəfə Azərbaycan mahnısına yer verilib.
Bizim.Media xəbər verir ki, layihənin son bölümündə mərhum sənətkarlar Nərminə Məmmədova və Sinan Səidin ifasında “Evlərinin önü yonca” mahnısı səslənib.
Qeyd edək ki, ekran işi Qarsdan olan ailənin hekayəsindən bəhs edir. Serialda daha öncə də musiqimiz səslənmişdi.
Sara, Bizim.Media