Müğənni Sabina Selcan uzun müddətdir qızı ilə görüşmədiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Öz aramızda” verilişində danışıb.
İfaçı deyib ki, qızı ilə görüşə kürəkəni icazə vermir:
“Övladımı itirdim. Amma qızımla qürur duyuram ki, öz ailəsini seçdi. Allah böyükdür, bu, mənim yaralı yerimdir. Qızımın, qayınana və qayınatasının xətrinə bu söhbəti sonlandırmışam. Allah mənə uzun ömür versə, uşaqların toyunu, məktəbə getdiyini görərdim. Üç-dörd aydır səhhətimlə bağlı əziyyət çəkirəm. O xəstəliyin geri qayıtmağını istəmirəm”.
Sara, Bizim.Media