Əməkdar artist Suğra Bağırzadə yaşını gizlətməməsinin səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, 78 yaşlı sənətçi bu barədə “Günə uğurla” verilişində danışıb":
"İnsan hayatda bir şeyə nail olmaq üçün əziyyət çəkir. Hamı deyir ki, niyə yaşını gizlətmirsən? Cavab verirəm ki, mən bu yaşa, hörmətə çatana kimi o qədər əziyyət çəkmişəm. Bu göydən düşmür, bunu qazanmaq lazımdır. Ona görə də yaşı gizlətmək gülməli gəlir".
Qeyd edək ki, S.Bağırzadə "Ulduz, "Alma almaya bənzər", "Şir evdən getdi" kimi məşhur filmlərdə rol alıb. (axsam.az)
Bizim.Media