Xalq artisti Yaşar Nurinin qızı Ülkər efirdə ağlayıb.
Bizim.Media xəbər verir ki, Ülkər “Günə uğurla”da bir neçə həftə öncə qəfil vəfat edən bacısı Ülviyyədən danışıb.
İfasından sonra göz yaşlarını saxlaya bilməyən müğənni bacısı ilə bağlı bunları söyləyib:
“Ağlıma gəlməzdi ki, nə vaxtsa bacımı itirə bilərəm.
Həmişə düşünürdüm ki, bacım mənim ana əvəzimdir. Çox böyük dərddir. Mənim bacım başımın tacı idi. Dövlət işində çalışırdı, nəslimizin gözü idi. Bizim aramızda 5 yaş var idi, onunla aramızda bir pərdə vardı, bacımın yanında artıq-əskik danışmırdım”.
Qeyd edək ki, Ülviyyə noyabrın 15-də qəfil dünyasını dəyişib.
Sara, Bizim.Media