“Zəmanə həmin zəmanədir. Həmin gün çıxır, hava da həminkidir. İnsanlar da mülayimdir. Allah telefon çıxaranın evini yıxsın. Şəxsən məni qocaldan rəylərdir. Mən qocalmazdım, məni telefondakı rəylər qocaltdı”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Günə bax” verilişində deyib.
“Balalarım deyirlər ki, ay ata, sən heç olmasa, bu milyonlara uyğun get. Çalışıram ki, həmişə yaxşılığa iz buraxım, pisliyə yox. Hər yerdə nümunə olmağa çalışıram. Mən həyatda olmayanda nəvələrimə deməsinlər ki, sənin baban belə adam olub. Sosial şəbəkələrdə daha rəyləri oxumuram...” – o bildirib. (pravda.az)
Bizim.Media