Əməkdar artist Almaz Ələsgərova sənəti ilə bağlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, sənətçi bu barədə “Gün ortası” verilişində danışıb.
A.Ələsgərova sənəti üçün borca düşmədiyini bildirib:
“Biz cavan idik, müğənnilər var idi, boğazlarından kəsirdilər, hamıdan borc alıb, sənətdə nəsə edirdilər. Heç vaxt belə şeylər etməmişəm. Heç vaxt balalarımın boğazından kəsib sənətimə verməmişəm, etməmişəm”.
Sara, Bizim.Media