“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Bu Şəhərdə”nin onunla bağlı hazırladığı səhnəciyə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Qurbanov mətbuat konfransında jurnalistin “Ev Dar” adlı konsertdəki səhnəciklə bağlı sualına cavab verib:
“Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm”.
Qeyd edək ki, Heydər Əliyev adına Sarayda baş tutan “Ev Dar” konsertində Q. Qurbanovla bağlı səhnəcik təqdim edilmiş, bu, sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı.
Sara, Bizim.Media