İstanbulda keçirilən polis reydində məşhur aktrisa Birce Akalayın qanında 1.12 promil alkoqol aşkar edilib.
Bizim.Media “TV100”ə istinadən xəbər verir ki, bu səbəbdən aktrisanın sürücülük vəsiqəsi müvəqqəti olaraq əlindən alınıb.
Üstəlik, 41 yaşlı aktrisaya inzibati cərimə də tətbiq olunub.
Qeyd edək ki, daha əvvəl İstanbul Baş Prokurorluğunun keçirdiyi narkotik və qaçaqmalçılıq üzrə əməliyyatda saxlanılanlar arasında Birce Akalay da var idi. Onun narkotik testi pozitiv çıxmışdı.
Bizim.Media