Meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı onun həmkarı Mehman Əhmədli video paylaşıb.
Mehman Moskvada V. Qədimlə görüşərək onunla video çəkib və yayılan xəbərlərin yalan olduğunu söyləyib:
“Adına min dənə söz çıxarıblar, istədim videonu paylaşım ki, Vahid Qədim həyatdadır, ayaq üstdədir, başqa söhbətlər yoxdur. Elə şeylər bizlik deyil, bir yerdəyik. Allah meyxana aləmini şər-böhtandan uzaq eləsin”.
V. Qədim isə “Bıçağa, baltaya tövbə” deyərək Mehmanın sözlərini təsdiqləyib.
Qeyd edək ki, Vahid Qədim Rusiyada yaşayır, onun sevgilisinə bıçaqla xəsarət yetirdiyi və saxlanıldığı iddia olunmuşdu.
Sara, Bizim.Media