Bir neçə gün əvvəl təmtəraqlı nişan mərasimi olan Aysun İsmayılova yenidən şəxsi həyatı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, “İnstaqram”da canlı yayım açan sənətçiyə izləyicilərindən biri "Aysunun sevgilisinin mənimlə fotoları, var səhifəmi izləyib, görə bilərsiniz" sözlərini yazıb.
Buna əsəbiləşən Aysun həmin izləyiciyə "Kişidir, məndən əvvəl kiminlə istəyir şəkilləri yayıla bilər. Çünki bu məndən əvvəl olub" sözləri ilə sərt reaksiya verib.
Xatırladaq ki, Aysun Eşqin adlı bəylə nişanlanıb.
Bizim.Media